Hindistanda leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda leopard mağazaya girib 3 nəfəri yaraladı -  VİDEO backend

Hindistanın Todarai-Sinx şəhərində vəhşi leopard spirtli içki mağazasına soxularaq kütləvi panikaya səbəb olub və üç nəfəri yaralayıb.

Qaziler.az xəbər verir ki, bu barədə "İndia TV Hindi" telekanalı məlumat dərc edib. Hadisə anı anbaan videoya qeydə alınıb.

Telekanalın yazdığına görə, mağazanın satıcısı Sancay Qurcar vəhşi heyvanın pəncə zərbələrinə məruz qalan ilk şəxs olub. Lakin o, rəşadət nümayiş etdirərək mağazanın qapı jalyuzlərini endirib və leopardı içəridə kilidləməyi bacarıb. Onun bu çevik addımı daha böyük bir faciənin qarşısını alıb.

Xəsarət alan satıcı və iki müştəri təcili olaraq Racastan ştatının xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Caypur şəhərindən xüsusi xilasetmə qrupu çağırılıb. Xilasedicilər yuxugətirici iynədən istifadə edərək leopardı yatırıblar və müayinə üçün baytarlıq mərkəzinə aparıblar. Heyvanın yaxalanması əməliyyatı ümumilikdə beş saat davam edib.

Mağazanın daxilindəki təhlükəsizlik kamerasına düşən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq böyük marağa səbəb olub.

QAZİLER.AZ