Küveyt rəsmiləri İranın ölkədəki elektrik stansiyalarına və dəniz suyunun şirinləşdirilməsi qurğularına yenidən hücum etdiyini və ciddi ziyan vurduğunu bəyan ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinin məlumatına görə, artıq dördüncü gündür davam edən bu növ zərbələr bir sıra kritik əhəmiyyətli obyektlərdə yanğınlara səbəb olub.
Bildirilir ki, baş verən yanğınlar söndürülüb və hazırda ərazidə bərpa-təmir işləri aparılır.
QAZİLER.AZ

