ABŞ Prezidenti Donald Tramp artıq bu həftə 60 ölkədən gələn mallara 10%-dən 12,5%-ə qədər rüsum tətbiq edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.
Məqalədə qeyd olunur ki, yeni tədbirlər iyulun 17-də hazırkı 10 faizlik rüsumun qüvvədə olma müddəti başa çatdıqdan sonra tətbiq edilə bilər. Məmurlar ABŞ prezidenti üçün növbəti addımlarla bağlı bir neçə variant hazırlayıblar.
Bu ilin mart ayında məcburi əməkdən iddia edilən istifadə ilə bağlı başladılmış araşdırma yeni məhdudiyyətlər üçün hüquqi əsas ola bilər. Belə bir prosedur Tramp administrasiyasına dövlət başçısı tərəfindən tətbiq edilmiş idxal rüsumlarının ləğvindən sonra Ali Məhkəmənin qoyduğu məhdudiyyətlərdən yan keçmək imkanı verəcək.
Nəşrin məlumatına görə, yeni məhdudiyyətlərin ilkin mərhələdə hazırkı 10%-lik dərəcəyə uyğun olacağı gözlənilir. Eyni zamanda, Amerika liderinin komandası gələcəkdə daha yüksək rüsumların tətbiqinə imkan yarada biləcək digər ticarət araşdırmaları da aparır.
QAZİLER.AZ

