Tramp minlərlə əfv müraciətini rədd edib

Tramp minlərlə əfv müraciətini rədd edib backend

ABŞ Prezidenti Donald Tramp iyul ayında əfv olunma və ya cəzanın yüngülləşdirilməsi ilə bağlı təxminən altı min müraciəti rədd edib.

Qaziler.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Ədliyyə Nazirliyinin əfv məsələləri üzrə prokuroru Ed Martinin ölkə prokurorlarına ünvanladığı məktuba istinadən məlumat yayıb.

"Prezident Tramp bu ay səssiz-səmirsiz 6000-ə yaxın əfv müraciətinə rədd cavabı verib. Müraciət edənlər əsasən heç bir siyasi əlaqəsi olmayan və səbirlə növbə gözləyən insanlar olub. Digər tərəfdən isə o, növbədənkənar irəli keçən öz müttəfiqlərinə əfv və cəza yüngülləşdirilməsi qərarları bəxş edib", - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, bu addım prezident administrasiyasının ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə Trampın 250-yə qədər insanı əfv edə biləcəyinə dair verdiyi işarələrdən sonra atılıb.

Gözlənilən kütləvi əfv əvəzinə, o, iyulun 3-də cəmi 11 nəfərin əfv olunması barədə fərman imzalayıb. Bu şəxslərdən 9-u təmiz hava haqqında qanunun pozulmasına görə məhkum edilmişlər olub.

QAZİLER.AZ