Tailandın Baş naziri Çində rəsmi ziyafətdə mahnı oxudu - VİDEO

Tailandın Baş naziri Çində rəsmi ziyafətdə mahnı oxudu -  VİDEO backend

Tailandın Baş naziri Anutin Çarnvirakul Pekində çinli həmkarı Li Tsyanın təşkil etdiyi rəsmi nahar zamanı tayvanlı müğənni Tereza Tenqin məşhur "Tyan Mi Mi" (Şirin bal) kompozisiyasını ifa edərək qonaqları təəccübləndirib.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" nəşri məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, bu musiqili çıxış Tailand Baş nazirinin Çinə etdiyi ilk rəsmi səfərin sonunda baş tutub. Səfər çərçivəsində Şanxay şəhərinə də gedən Çarnvirakul orada ÇXR Sədri Si Cinpinlə də görüşüb.

Ziyafətdən yayılan fotoşəkillərdə Çarnvirakulun Tailand və Çin bayraqları fonunda, uzun masanın arxasında mikrofonla mahnı oxuduğu, Li Tsyan və digər rəsmi şəxslərin isə onu maraqla izləyərək alqışladığı əks olunub.

"The Independent" nəşri əlavə edir ki, bu çıxış Tailand Baş nazirinin növbəti "musiqi diplomatiyası" nümunəsinə çevrilib.

Britaniyalı jurnalistlər xatırlayırlar ki, Malayziyanın Baş naziri Ənvər İbrahimlə əvvəlki görüşdə Tailandın Baş naziri onu saksafonda müşayiət edib. İki siyasətçi Frank Sinatranın əfsanəvi "My Way" mahnısını ifa ediblər.

QAZİLER.AZ