ABŞ-dən etiraf: 10 günlük hücumlar İrana təsir etmir

ABŞ-dən etiraf: 10 günlük hücumlar  İrana təsir etmir backend

ABŞ kəşfiyyatı İrana qarşı həyata keçirilən yeni hərbi zərbələrin rəsmi Tehranın danışıqlardakı mövqeyini dəyişməyəcəyi qənaətinə gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən məlumat yayıb.

ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasının pozulmasından sonra Amerika tərəfi artıq ardıcıl olaraq on gecədir ki, İslam Respublikasının ərazilərinə hücum edir. İyulun 17-də isə İran xəbərdarlıq edib ki, əgər ABŞ hücumları davam etdirərsə, Tehran əks-hücuma keçəcək və "tam məhv etmə mərhələsinə" başlayacaq.

QAZİLER.AZ