Amerikalı Devid Raş başında 195 rulon tualet kağızını 30 saniyə saxlamağı bacararaq Ginnesin Rekordlar Kitabına düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə "UPI" agentliyi məlumat yayıb.
O, ilk tarazlıq rekordunu hələ 2021-ci ildə başında 101 rulon saxlayaraq qırıb. Sonradan digər bir rekordçu bu göstəricini 152 rulona çatdırıb. Bundan sonra Raş titulunu geri qaytarmaq qərarına gəlib.
Onun sözlərinə görə, həyəcan səbəbindən ilk cəhdi uğursuz alınıb. O izah edib ki, bədəndəki kiçik bir titrəmə belə bütün konstruksiyanın tarazlığını itirməsinə və dağılmasına səbəb olur.
İkinci cəhddə isə amerikalı başında 195 rulondan ibarət qüllə qurmağı və qaydalara uyğun olaraq onu 30 saniyə saxlamağı bacarıb. Bununla da o, dünya rekordunu rəsmən geri qaytarıb.
"Bu titulu qaytarmaq möhtəşəm idi. Lakin hər zaman daha da irəli getmək üçün imkan var", - deyə Devid bildirib.
QAZİLER.AZ

