DÇ-2026-nın finalında Argentinada iki azarkeş ölüb

DÇ-2026-nın finalında Argentinada iki azarkeş ölüb backend

2026-cı il futbol üzrə dünya çempionatının finalı zamanı iki argentinalı azarkeş ürək tutmasından ölüb

Qaziler.az bildirir ki, bu barədə iyulun 19-da Argentinanın idman kanalı TyC Sports məlumat verib.

"SAME təcili tibbi yardım sisteminə görə, qurbanlar 67 və 88 yaşlı kişi olub. Sistem həmçinin bir nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini açıqlayıb", - deyə nəşr bildirib.

Məqalədə qeyd olunur ki, 67 yaşlı kişinin evinə təcili yardım çağırılıb və onun vəziyyəti sürətlə pisləşib. Həkimlər reanimasiyaya cəhd ediblər, lakin səyləri uğursuz olub: xəstənin öldüyü bildirilib.

72 yaşlı kişinin nəfəs almaqda çətinlik çəkdiyi və qəfil sinə ağrısı ilə xəstəxanaya aparıldıqdan sonra ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiyi bildirilir.

QAZİLER.AZ