Aşqabadda dollar və avronu indən belə yalnız xüsusi talonla almaq mümkündür.
Qaziler.az bildirir ki, bu barədə Azadlıq radiosunun türkmən xidməti məlumat yayıb.Qərarın nə vaxt qəbul edildiyi bilinmir, amma şəhər sakinləri talon almaq üçün axşamdan səhərədək banklarda növbəyə durmalı, hətta siyahı tutmalı olurlar.
Gecə növbəyə duran 200 nəfərdən yalnız yarısı talon ala bilir.
Paytaxt banklar hesab edir ki, hökumət bununla valyutadəyişmə məntəqələrində qayda-qanun yaradıb, insanların valyuta almasını asanlaşdırıb.
AzadlıqRadiosunun tükmən xidməti isə əksinə bunun prosesi çətinləşdirdiyini bildirir.