Ayı yaşlı cütlüyü parçalayıb

Ayı yaşlı cütlüyü parçalayıb backend

Kanadada MakTaviş su anbarının sahilində ayı 70 yaşlı cütlüyü parçalayıb.

Kanadada ayı yaşlı cütlüyü parçalayıb.

Qaziler.az bildirir ki, bu barədə The Sun qəzeti məlumat yayıb.

İyulun ortalarında 70 yaşlı Cey və Deb Makdonald Kvebekdəki MakTaviş su anbarının sahilində balıq tutmağa gediblər. Bir müddət sonra onlar ailələrinin zənglərinə cavab verməyi dayandırıblar. Ailələri narahat olub polisə müraciət ediblər.

Axtarış zamanı polis Ceyin qalıqlarını su anbarının sahilində, arvadının isə qaldıqları daxmanın yaxınlığında aşkar edib. Cütlüyün ayı tərəfindən hücuma məruz qaldığı dərhal məlum olub.

Ayı tapılaraq öldürülüb.

QAZİLER.AZ