Əfqanıstanın Nuristan bölgəsində şiddətli yağışlar və daşqınlar nəticəsində 20 nəfər ölüb, 80-dən çox insan yaralanıb, 100-dən çox insan isə itkin düşüb.
Qaziler.az bildirir ki, bu barədə Tolo News" məlumatına görə, Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Administrasiyası (ANDMA) Nuristan əyalətinin Parun şəhərində güclü yağışlar səbəbindən daşqınların baş verdiyini açıqlayıb.
Bəyanatda daşqınlar nəticəsində 20 nəfərin öldüyü, 80-dən çox insanın yaralandığı, 100-dən çox insanın isə itkin düşdüyü bildirilir.
Əlavə olunur ki, hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
QAZİLER.AZ

