Ermənistanla Rusiya vahid havadan müdafiə sistemini yaradır

Ermənistanla Rusiya vahid havadan müdafiə sistemini yaradır backend

Ermənistan və Rusiya müdafiə nazirləri Seyran Ohanyan və Sergey Şoyqu çərşənbə günü Moskvada Qafqaz kollektiv təhlükəsizlik regionunda Vahid havadan müdafiə sistemi yaratmaq haqqında müqavilə imzalayıblar.

Qaziler.az BBC-yə istinadən bildirir ki, nazirlərin görüşündən sonra həmçinin Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb, RİA Novosti agentliyi məlumat verir.
Daha əvvəl Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Ermənistan KİV-ləri üçün mətbuat konfransında Qafqaz bölgəsində birləşmiş hava hücumundan regional müdafiə sistemini Ermənistanla Rusiya üçün əlavə təhlükəsizlik təminatı kimi səciyyələndirmişdi.
RİA Novosti agentliyinin məlumatına görə, Sergey Şoyqu Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq sahəsində 2015-ci ildə bütün planların yerinə yetirildiyini bildirib.
Hazırda Rusiya Qırğızıstan və Tacikistanla Vahid regional hava hücumundan müdafiə sistemləri yaratmaq üzərində işləyir.
Qazaxıstanla havadan müdafiə sistemi yaratmaq müqaviləsi 2013-cü ildə imzalanıb, Belarusla Rusiyanın sistemləri ilə artıq birləşdirilib.
Müstəqil Dövlətlər Birliyi üzvü ölkələrinin Vahid havadan müdafiə sistemi 10 fevral 1995-ci ildə Almatıda 10 üzv ölkə arasında imzalanmış qeyri-məhdud müddətli müqaviləyə əsasən yaradılıb.
Hazırda sistemə səkkiz ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistan.
Ukrayna ilə Özbəkistanın Rusiya ilə sırf ikitərəfli şəkildə əməkdaşlıq edirlər, RİA Novostinin məlumatında deyilir.
Diaspora