Böyük Britaniyanın Baş naziri postundan istefa verən Kir Starmer hökumət başçısı kimi fəaliyyətini başa vurduğunu elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"İstifamı təqdim etmək və baş nazir postundakı fəaliyyətimə xitam vermək üçün tezliklə Əlahəzrətin qəbulunda olacağam. Mənim işim bitdi", — deyə Starmer bildirib.
Siyasətçi fəaliyyətinin yekunlarından danışarkən qeyd edib ki, partiyaya rəhbərlik etdiyi altı il yarım ərzində leyboristləri 2019-cu ilin tarixi məğlubiyyətindən çıxararaq 2024-cü il seçkilərində inamlı qələbəyə çatdırıb. O, baş nazir postunda ölkəsinə xidmət etməyi böyük şərəf adlandırıb, həmçinin Britaniyanın iki il əvvəlkinə nisbətən daha güclü və ədalətli olduğunu vurğulayıb.
Starmer öz kabinetinin uğurları sırasında uşaq yoxsulluğuna qarşı mübarizəni, immiqrasiyanın azaldılmasını, müdafiənin gücləndirilməsini və ölkənin beynəlxalq nüfuzunun artırılmasını xüsusi qeyd edib.
O, öz fəaliyyətində ən heyranedici məqamın Britaniya xalqının — hərbçilərdən və həkimlərdən tutmuş sıravi könüllülərə qədər hər kəsin nailiyyətlərini yaxından müşahidə etmək imkanı olduğunu bildirib.
İstefaya gedən Baş nazir xalqı onu parçalamağa çalışan düşmənlər qarşısında birliyə çağırıb. Starmer, həmçinin Britaniyanın Ukraynaya dəstək mövzusundakı qətiyyətinin sarsılmaz olduğunu xüsusilə vurğulayıb.
Qeyd edək ki, Krallığın yeni Baş naziri Endi Bernemdir.
QAZİLER.AZ

