ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının finalından sonra bəyan edib ki, başa çatan turnir FİFA-nın bayrağı altında keçirilən bütün əvvəlki birincilikləri geridə qoyub.
Qaziler.az xəbər verir ki, onun sözlərini "Fox News" telekanalı yayıb.
"Yəqin ki, sokkerdə və ya futbolda — necə istəyirsiniz adlandırın — buna bənzər heç nə olmayıb, amma bu, möhtəşəm idi. FİFA-nın istənilən turnirindən dörd dəfə, reallıqda isə bəlkə də beş dəfə daha möhtəşəm idi. Bu, tarixin ən böyük hadisələrindən biri idi. Buna görə də çox şadıq ki, turniri yüksək səviyyədə təşkil etdik. Dünyanın hər yerindən insanlar gəldi və ölkəmizi sevdi", — deyə Tramp bildirib.
Dünya çempionatı — 2026-nın final oyunu əlavə vaxtda İspaniyanın Argentinaya 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub. Argentina 90+3-cü dəqiqədə yarımmüdafiəçi Entso Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda oynayıb.
QAZİLER.AZ

