Almaniya Federativ Respublikasının (AFR) Kansleri Fridrix Merts Rusiya qazının tədarükündən imtinanın ölkəsini uzunmüddətli enerji böhranına sürüklədiyini etiraf edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, ZDF telekanalına müsahibəsində bildirib.
Mertsin sözlərinə görə, bu gün Almaniya Çin tərəfindən tamamilə fərqli bir çağırışla üz-üzədir, AFR-də davam edən böhran isə məhz Rusiya qazının yoxluğu səbəbindən yaranıb. Siyasətçi bu fikirləri jurnalistin "seçkilər zamanı vətəndaşlara yerinə yetirilməsi qeyri-mümkün olan vədlər vermək sizin tərəfinizdən səhv deyildimi?" sualına cavab verərkən səsləndirib.
Kansler həmçinin qeyd edib ki, hazırda Almaniyanın ABŞ ilə də arasında "mürəkkəb vəziyyət" yaranıb. Buna səbəb Vaşinqtonun artıq NATO-ya onilliklər boyu etdiyi həcmdə dəstək verməməsidir.
Merts əlavə edib ki, kansler postunda fəaliyyətə başladığı dövrdə tamamilə "fərqli şərtlərdən" çıxış edirdi, lakin uzanan problemlər mövcud vəziyyəti kökündən dəyişib.
QAZİLER.AZ

