Putin Xamenei ilə danışıqlara hazırdır - Kreml

Putin Xamenei ilə danışıqlara hazırdır - Kreml backend

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İranın yeni ali lideri Müctəba Xamenei ilə təmaslara açıqdır.

Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla bərabər, Kreml rəsmisi qeyd edib ki, hələlik bu məsələ ilə bağlı İran tərəfi ilə hər hansı konkret razılıq yoxdur.

İyulun 18-də İrandakı mənbə agentliyə məlumat verib ki, Xameneinin ilk beynəlxalq təması Putinlə telefon danışığı və ya görüş ola bilər. Eyni zamanda, ayətullah ABŞ və İsrail ilə müharibə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq.

Müctəba Xameneii 2026-cı il martın əvvəlində, atasının (Əli Xameneii) ABŞ və İsrailin raket zərbələri nəticəsində həlak olmasından sonra İranın ali lideri olub.

QAZİLER.AZ