Avropanın Rusiyaya qarşı yürütdüyü siyasət və Ukraynaya göstərdiyi yardım nüvə fəlakətinə səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru Con Mirşaymer professor Qlenn Dizenin "YouTube" kanalında bildirib.
O qeyd edib ki, Avropa ölkələrinin fəaliyyəti nüvə müharibəsinə yol aça bilər, çünki Rusiya "dişinə qədər nüvə silahı ilə silahlanmış ölkədir" və onu "böyük dövlətlərin sırasından çıxarmaq" mümkün olmayacaq. Professorun sözlərinə görə, Ukrayna cəbhədə məğlub olacağı təqdirdə, Avropa Rusiyaya təzyiqi artırmalı olacaq ki, bu da Moskva tərəfindən cavab tədbirlərinə səbəb olacaq.
"Fəlakətdən qaçmaq üçün ABŞ və Avropaya strateji düşünməyi bacaran elit təbəqə lazımdır. Bu, çox pis bitə bilər", – deyə professor vurğulayıb.
Xatırladaq ki, may ayında Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiyanın istənilən an və istənilən məsafəyə nüvə silahından istifadə edə biləcəyini, həmçinin Kiyevin mərkəzinə zərbə endirə biləcəyini bəyan etmişdi.
QAZİLER.AZ

