Trampın ittihamlarına baxmayaraq, Si Cinpin ABŞ-yə gedir - Tarix

Trampın ittihamlarına baxmayaraq, Si Cinpin ABŞ-yə gedir - Tarix backend

ABŞ Prezidenti Donald Trampın Pekini seçkilərə müdaxilədə ittiham etməsinə baxmayaraq, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin sentyabrda ABŞ-yə edəcəyi səfərinə hazırlıqlar davam edir.

Qaziler.az “Bloomberg” istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

"Biz səfərin sentyabrda baş tutacağını gözləyirik", - deyə Rubio bildirib.

Diplomat əlavə edib ki, Pekin səfərin hazırlanması üçün Vaşinqtona öz nümayəndələrini göndərməkdə davam edir.

İyulun 17-də xalqa televiziya müraciəti zamanı Tramp bəyan edib ki, ABŞ-dəki "dərin dövlət" nümayəndələri Çinin seçkilərə iddia edilən müdaxiləsinin miqyası barədə məlumatları ölkə rəhbərliyindən və Amerika xalqından gizlədiblər.

Qeyd edək ki, may ayında Tramp Çinə rəsmi dövlət səfəri etmişdi. Amerika liderinin sözlərinə görə, bu, tərəflərin bir çox iqtisadi razılaşmalar əldə etdiyi "inanılmaz bir səfər" olub.

QAZİLER.AZ