Yaponiyada hərbi bazada güclü yanğın başlayıb - VİDEO

Yaponiyada hərbi bazada güclü yanğın başlayıb - VİDEO backend

Tokiodan şimalda yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin "Asaka" bazasının ərazisində güclü yanğın qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiya televiziyasının məlumatına görə, Saitama prefekturasındakı hərbi bazanın üzərində yüksələn qatı qara tüstü yerli sakinlərdə təşviş yaradıb.

"Asaka" bazası Saitama prefekturası ilə Tokionun Nerima rayonunun sərhədində, eyniadlı şəhərdə yerləşir. İyulun 20-si səhər saatlarında yanğından mühafizə xidmətinə hərbi obyektin ərazisindən qatı tüstü qalxması ilə bağlı məlumatlar daxil olmağa başlayıb.

Telekanalların verdiyi xəbərə görə, yanğının ocağı bazanın daxilindəki zibillik ərazidədir. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub və alovun lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Mütəxəssislər alovun baza ərazisindəki inzibati və yaşayış binalarına keçməsinin qarşısını almaq üçün vəziyyəti nəzarətdə saxlayırlar. Yaxınlıqdakı rayonların sakinlərinə yanğın tam söndürülənədək hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.

QAZİLER.AZ