Argentina Prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının final oyunundakı məğlubiyyətdən sonra milli komandaya göstərdiyi əzmə görə təşəkkür edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesablarında payalış edib.
"Oyunçulara çox təşəkkür edirəm! Siz sona qədər döyüşdünüz. Argentina hər zaman zirvədədir", - deyə Miley yazıb.
Dünya çempionatı – 2026-nın final oyunu əlavə vaxtda İspaniyanın Argentinaya 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub. Argentina 90+3-cü dəqiqədə yarımmüdafiəçi Entso Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda oynayıb.
QAZİLER.AZ

