ABŞ İrana qarşı ardıcıl 9-cu gecə hücumları dalğasını başa çatdırıb

ABŞ İrana qarşı ardıcıl 9-cu gecə hücumları dalğasını başa çatdırıb backend

ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) yaydığı açıqlamada bildirilib.

"Mərkəzi Komandanlıq ardıcıl doqquzuncu axşam İrana qarşı zərbələrin endirilməsini başa çatdırıb", - deyə məlumatda vurğulanıb.

Komandanlığın açıqlamasına görə, zərbələr nəticəsində idarəetmə mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə vasitələri, hərbi dəniz qüvvələrinin obyektləri, raket və dronların yerləşdiyi məntəqələr hədəfə alınıb.