İran Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib

İran Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib backend

İran Silahlı Qüvvələri Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd edən Tailand Krallığının bayrağı altında hərəkət edən gəmiyə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığını nəzərə almayıb və boğazın sularında hərəkətini davam etdirməyə cəhd edib.

Bundan sonra İran Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Agentlik zərərin həcmi və hücum nəticəsində xəsarət alanlar barədə məlumat verməyib.