İranın Energetika Nazirliyi ABŞ-nin ölkənin cənubunda enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra elektrik şəbəkəsinin yüklənməsi fonunda vətəndaşları elektrik enerjisindən istifadəni azaltmağa çağırıb.
Qaziler.az xəbər verir ki, nazirliyin cümə günü yaydığı məlumata görə, ölkənin cənub bölgələrində hazırda "həddindən artıq isti hava şəraiti və enerji infrastrukturuna hücumlar" müşahidə olunur.
Bununla belə, nazirlik hücumlarda elektrik stansiyalarının, ötürücü xəttlərin və ya digər avadanlıqların hədəf alıb-almadığını dəqiqləşdirməyib.
Trend.az

