Almaniya Livandakı BMT missiyasının əvəz olunmasını təklif edib

Almaniya Livandakı BMT missiyasının əvəz olunmasını təklif edib backend

Almaniya Livandakı BMT missiyasının Aİ qüvvələri ilə əvəz olunmasını təklif edib.

Almaniya BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Avropa Birliyinin mandatı altında fəaliyyət göstərən qüvvə ilə əvəz edilməsini təklif edib.

Qaziler.az bildirir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful bu təşəbbüsü RedaktionsNetzwerk Deutschland-a verdiyi müsahibədə irəli sürüb.

"Avropa İttifaqında BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyası başa çatdıqdan sonra təhlükəsizlik sahəsində boşluğun yaranmaması üçün Avropa mandatı çərçivəsində bunun təmin edilə biləcəyini araşdırmalıyıq", - Almaniya xarici işlər naziri bildirib.

"Belə bir missiya İsrail ordusunun Livandan çıxarılması üçün şərait yarada, eyni zamanda “Hizbullah”ın özünün “terror fəaliyyəti” ilə bölgəyə yenidən qayıtmasının qarşısını ala bilər”, – deyə Almaniyanın xarici işlər naziri Yohann Vadeful əlavə edib.

QAZİLER.AZ