Şimali Atlantika Alyansı (NATO) heç kimə hücum etmək niyyətində deyil.
Qaziler.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte DPA agentliyinə verdiyi müsahibədə bəyan edib.
“Biz müdafiə ittifaqıyıq. Bu o deməkdir ki, biz heç vaxt heç kimə hücum etməyəcəyik”, — deyə o bildirib.
Baş katib bu fikirləri Almaniyanın ABŞ-dən “Tomahawk” qanadlı raketləri almaq planlarını şərh edərkən səsləndirib. Rütte qeyd edib ki, bu potensial sövdələşmə “müştərək çəkindirmə siyasətinin bir hissəsidir”.
Onun sözlərinə görə, Almaniyanın ABŞ raketlərinə sahib olması Berlinə Rusiyanı çəkindirməkdə güc qatacaq, lakin bu, eskalasiya səviyyəsinin yüksəlməsinə səbəb olmayacaq.
QAZİLER.AZ

