Hindistanda quyudan xilas edilən ayı xilasedicilərinə hücum edib.
Hindistanın Odişa ştatında bir neçə saat mübarizədən sonra quyudan xilas edilən ayı dərhal sonra insanlara hücum edib.
Qaziler.az bildirir ki, bu barədə Need To Know məlumat verib.
İyulun 13-də iki ayı su ilə dolu dərin quyuya düşüb və qaça bilməyib. Yerli sakinlər onlara kömək etmək qərarına gəliblər və hər ikisini xilas ediblər.
Çıxarıldıqdan sonra ayılardan biri qəfildən xilasedicilərinə hücum edib.
Təxminən 136 kiloqram çəkidə olan heyvan insanları meşəyə "dağıdıb". Bu an kameralara düşüb. Xilasedicilərdən heç biri xəsarət almayıb.
QAZİLER.AZ

