Suriya İranın əl-Tənf bazasını bombalamasını təkzib edib

Suriya İranın əl-Tənf bazasını bombalamasını təkzib edib backend

Dəməşq İranın Suriyada yerləşən əl-Tənf bazasına hücum etməsi barədə xəbərləri təkzib edib.

Bu barədə anonim suriyalı hərbi rəsmi “Al Jazeera” telekanalına bildirib.

“Biz bu bazanın hədəfə alınmasını təkzib edirik, ABŞ-ın burada heç bir hərbi mövcudluğu yoxdur”, - suriyalı rəsmi vurğulayıb.

Qeyd edək ki, SEPAH Suriyada əl-Tənf hərbi bazasına hücum etdiyini bəyan edib.

Xatırladaq ki, ABŞ qüvvələri bu ilin əvvəlində əl-Tənf bazasını tərk edib. (apa)