Yunanıstan Rusiyaya qarşı sanksiyaları blokladıqdan sonra özünə bəraət "tapdı" - Reuters

Yunanıstan Rusiyaya qarşı sanksiyaları blokladıqdan sonra özünə bəraət "tapdı" - Reuters backend

Afina Aİ-nin Moskvaya təzyiq göstərmək üçün uğursuz metodlar seçməsindən şikayətlənir.

Yunanıstan hakimiyyəti Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiyalar paketini dəstəkləmir. Rəsmi Afinanın fikrincə, Rusiyadan qazın üçüncü ölkələrə ixracına qadağa qoyulması Avropa şirkətlərinin mövqeyini zəiflədə bilər.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yunanıstan hökumətindən KİV-ə bildirilib ki, hər bir yeni sanksiyalar paketi diqqətlə və balanslı şəkildə hazırlanmalıdır.

Afinanın mövqeyinə görə, yeni məhdudiyyətlər bir tərəfdən Moskvaya təzyiqi maksimum dərəcədə artırmalı, digər tərəfdən isə Avropa şirkətləri, istehlakçılar və Avropanın rəqabət qabiliyyəti üçün yarana biləcək gözlənilməz mənfi nəticələri minimuma endirməlidir.

Yunanıstan rəsmiləri hesab edirlər ki, 21-ci sanksiyalar paketi Avropada bütün iqtisadi sektorların itirilməsinə səbəb ola bilər.

QAZİLER.AZ