Diyarbəkirdə zəngin neft-qaz ehtiyatları tapıldı

Diyarbəkirdə zəngin neft-qaz ehtiyatları  tapıldı backend

ABŞ-nin “TransAtlantic Petroleum” energetika şirkəti Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətindəki neft və qaz yataqlarının ehtiyatları ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Qaziler.az “Türkiye” qəzetinə istinadən xəbər verir ki, amerikalı ekspertlərin rəyinə əsasən, Anadolu yarımadasının bu hissəsində “qara qızıl” hasilatı gündəlik 250 min barrelə, təbii qaz hasilatı isə 25 milyon kubmetrdən çox bərabər ola bilər.

“TransAtlantic Petroleum” şirkətinin rəhbəri Meloun Mitçell bildirib ki, hesablamalara görə, sözügedən hasilat həcmi uzun müddət sabit qala bilər.

“Diyarbəkirdə ən azı 25 quyu qazmaq mümkündür. Üfüqi qazma işləri öz bəhrəsini verəcək. Diyarbəkirin ehtiyatları Türkiyənin enerji daşıyıcılarına olan tələbatının bir hissəsini qarşılamağa imkan verəcək”, - deyə o, əminliyini ifadə edib.

Şirkət ölkənin şimal-qərbindəki Trakya bölgəsini də Türkiyənin resurs baxımından digər perspektivli rayonu hesab edir.

QAZİLER.AZ