Zaxarova Almaniya səfiri ilə bağlı iddianı təsdiqlədi

Zaxarova Almaniya səfiri ilə bağlı iddianı  təsdiqlədi backend

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 13-də nazirlikdə keçirilən görüş zamanı Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorffun əlini sıxmaqdan imtina etdiyini təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Lenta.ru" saytına açıqlamasında bildirib.

Diplomat almaniyalı səfirin iddiasını şərh edərək qısaca “Bəli, bu, belədir” deyib.

Qeyd edək ki, Lambsdorff bundan əvvəl “Der Spiegel” jurnalına verdiyi müsahibədə vəzifəsindən ayrılmazdan önçə Rusiya XİN-ə çağırıldığını və görüşün əvvəlində Zaxarovanın onunla əllə görüşmək istəmədiyini bildirmişdi. Almaniyalı diplomat nazirlikdəki ab-havanı “kifayət qədər soyuq” kimi xarakterizə edib.

Keçmiş səfirin fəaliyyətini tənqid edən Zaxarova Lambsdorffun öz postunda vaxtını səmərəsiz və istedadsızcasına keçirdiyini vurğulayıb.

Rusiya XİN rəsmisi əlavə edib ki, Lambsdorffun fəaliyyəti dövründə Moskva onun tərəfindən sülhə və danışıqlara yönəlmiş heç bir addım və ya çağırış görməyib.

Xatırladaq ki, Aleksandr Lambsdorff Almaniyanın Rusiyadakı səfiri vəzifəsinə 2023-cü ilin avqustunda təyin olunmuşdu.

QAZİLER.AZ