Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində “Naftoqaz Ukrayna” dövlət şirkətinin obyektlərinə ciddi ziyan dəyib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün rəsmi “Telegram” kanalında məlumat yayıb.
Dövlət başçısı vurğulayıb ki, ölkədə Rusiya hücumlarından sonra enerji infrastrukturunun bərpası istiqamətində fasiləsiz işlər aparılır.
“Bu gün rusiyalılar yenidən “Naftoqaz”ın obyektlərini hədəf alıblar. Təəssüf ki, hiss olunacaq dərəcədə dağıntılar var. Mövcud şəraitdə atılacaq addımları Baş nazirlə müzakirə etdik. Rusiyanın bitmək bilməyən hücumlarına rəğmən, qış mövsümünə hazırlıqla bağlı planlaşdırdığımız bütün hədəfləri reallaşdırmağımız olduqca vacibdir”, — deyə Zelenski qeyd edib.
Ukrayna lideri neft-qaz hasilatı və emalı ilə məşğul olan dövlət şirkətinin strateji obyektlərinin məhz hansı şəhərlərdə vurulduğunu açıqlamayıb.
QAZİLER.AZ

