Tramp səsvermə sistemi ilə bağlı məxfi kəşfiyyat məlumatlarını açıqlayacağını elan edib

Tramp səsvermə sistemi ilə bağlı məxfi kəşfiyyat məlumatlarını açıqlayacağını elan edib backend

Amerika administrasiyası ölkənin səsvermə sistemlərindəki ciddi zəifliklərlə bağlı məlumatların məxfiliyini aradan qaldırır.

 

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə televiziya vasitəsilə müraciəti zamanı bildirib.

 

"Bu gün mən səsvermə infrastrukturumuzun sarsıdıcı dərəcədə zəif olduğunu göstərən son dərəcə mühüm kəşfiyyat məlumatlarının dərhal məxfilikdən çıxarılmasını və ictimaiyyətə açıqlanmasını elan edirəm. Bu sübutlar göstərir ki, seçki sistemimiz heç vaxt olmadığı qədər haker hücumlarına, sui-istifadəyə və xarici müdaxiləyə qarşı həssasdır", - deyə o, Ağ Evdə vətəndaşlara televiziya vasitəsilə müraciəti zamanı bildirib.