Küveytin hava hücumundan müdafiə qüvvələri 16 iyul səhəri İrandan atılan 32 dronu ələ keçirərək məhv edib.
Bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Ətvan bildirib.
Onun sözlərinə görə, ələ keçirilən mərmilərdən düşən qırıntılar nəticəsində bir neçə yaşayış məntəqəsinə maddi ziyan dəyib.
"İranın hücumunun ölkədəki bir neçə vacib hədəfə yönəldiyi ehtimal edilir. Bu düşmən hədəflərinin ələ keçirilməsi nəticəsində bir neçə yaşayış məntəqəsinə dağıntılar düşüb, maddi ziyan dəyib, lakin tələfat olmayıb", - deyə Küveyt Müdafiə Nazirliyinin "X" səhifəsində bildirilib. (Trend)

