Egey dənizində mühacirləri daşıyan qayıq batıb. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, Bulamac adası yaxınlığında baş verən hadisə nəticəsində 7-si azyaşlı uşaq olmaqla, 13 nəfər həyatını itirib.
Yunanıstan Sahil Mühafizə İdarəsinin yaydığı məlumata görə, qayıqda olan şəxslərdən 15 nəfərin həyatı xilas edilib, 13 nəfərin meyiti sudan çıxarılıb.