Macarıstanda keçmiş xarici işlər naziri Peter Siyartonun Kreml ilə gizli əlaqələri səbəbindən dövlətə xəyanət ehtimalı ilə bağlı rəsmi araşdırmaya başlanılıb.
Bu barədə Macarıstanın Baş naziri Peter Macar bildirib.
Qaziler.az bildirir ki, məlumatı "Bloomberg" yayıb.
Nəşrin məlumatına görə, iyulun 16-da keçirilən mətbuat konfransında Baş nazir Peter Madyardan hüquq-mühafizə orqanlarının həqiqətən də Siyartonun Moskva ilə əlaqələrini araşdırıb-araşdırmadığı soruşulub.
“Anladığım qədərilə, bəli”, — deyə Baş nazir cavab verib və istintaqın gedişi ilə bağlı əlavə şərh verməkdən imtina edib.
QAZİLER.AZ

