Hindistan Hörmüz boğazı ilə bağlı öz dənizçilərinə qadağa qoydu

Hindistan Hörmüz boğazı ilə bağlı öz dənizçilərinə  qadağa qoydu backend

Hindistan gəmi sahiblərinə və kadr agentliklərinə hindistanlı dənizçilərin Hörmüz boğazından tranzit keçən gəmilərdə işə cəlb edilməməsi barədə göstəriş verib.

Qaziler.az xəbər verir ki, bu barədə iyulun 16-da "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Hindistan Gəmiçilik Baş İdarəsindən bildirilib ki, növbəti göstərişə qədər hindistanlı dənizçilərin Hörmüz boğazı vasitəsilə reyslər həyata keçirən gəmilərdə yerləşdirilməsi qadağandır.

Gəmiçilik sahəsi üzrə tənzimləyici qurumdan qeyd ediblər ki, gəmilərə edilən son hücumlar münaqişə zonasında fəaliyyət göstərən dənizçilərin və kommersiya gəmilərinin üzləşdiyi riskləri əhəmiyyətli dərəcədə artırıb.

Qurum, həmçinin gəmi kapitanlarını Fars körfəzi, Hörmüz boğazı və ətraf sularda təhlükəsizlik vəziyyətinə qarşı olduqca ayıq-sayıq olmağa çağırıb.

QAZİLER.AZ