Venesuelada baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 4829 nəfərə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə iyulun 15-də Milli Assambleyanın spikeri Xorxe Rodriqes bəyan edib.
Parlament rəhbərinin "Telegram" kanalındakı paylaşımda deyilir: "4829 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 6462 nəfər isə xilas edilib".
Qeyd olunub ki, 128 324 ailəyə yardım göstərilib, 17 907 vətəndaş isə evsiz qalıb. Bundan əlavə, 106 müvəqqəti düşərgədə 20 857 nəfər yerləşdirilib.
Məlumatda vurğulanıb ki, fəsadların aradan qaldırılmasına 30 989 hərbi qulluqçu və 31 315 könüllü, həmçinin 2408 beynəlxalq xilasedici cəlb olunub. 34 872 pasiyentə tibbi yardım göstərilib.
Rodriqesin sözlərinə görə, zərərçəkənlərə 10 min tondan çox ərzaq və 24 milyon litrdən çox su paylanılıb. Bugünə qədər bölgədə 1284 afterşok (yeraltı təkan) qeydə alınıb.
QAZİLER.AZ

