ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbələr endirməklə bağlı təhdidləri reallaşacağı təqdirdə, ölkənin silahlı qüvvələri Amerikanın regiondakı obyektlərinə zərbələr endirəcək.
Qaziler.az “Fars” agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi çıxış edib.
"Əgər ABŞ Prezidenti tərəfindən bu yaxınlarda səsləndirilən, həmin ölkənin ordusu vasitəsilə İran İslam Respublikasının infrastrukturuna zərbələr endirilməsi ilə bağlı təhdidlər reallaşarsa, İranın təmkinliliyi sayəsində indiyədək toxunulmaz qalan hər şey, yəni regiondakı bütün infrastruktur İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü zərbələri ilə elə məhv ediləcək ki, ondan heç bir iz qalmayacaq, sanki heç vaxt mövcud olmayıb", - ordunun mətbuat xidmətinin bəyanatında bildirilib.
Bəyanatın mətninə əsasən, Hörmüz boğazı İran üçün qırmızı xətdir və ölkə ABŞ-nin onun idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək.
QAZİLER.AZ

