Cennifer Lopez Beverli-Hillzdəki 50 milyon dollar dəyərində olan dəbdəbəli malikanəsini yenidən sata bilməyib.
Qaziler.az xəbər verir ki, "TMZ"nin məlumatına görə, potensial alıcı böyük məbləğdə beh qoyduqdan sonra sövdələşmə pozulub.
Nəşrin məlumatına görə, evin yeni sahibi texnologiya və maliyyə sahəsində tanınmış bir sahibkar olmalı idi, lakin o, naməlum səbəblərdən alqı-satqıdan imtina edib. Sövdələşmənin ləğv edilməsinə məhz nəyin səbəb olduğu hələlik açıqlanmır.
Cennifer Lopez və Ben Afflekin 2023-cü ildə təxminən 61 milyon dollara aldıqları təxminən 4300 kvadrat metrlik malikanə boşanmalarından sonra satışa çıxarılıb.
Satış müddətində evin qiyməti dəfələrlə endirilib. İlkin olaraq daşınmaz əmlak 68 milyon dollar dəyərində qiymətləndirilsə də, alıcı tapmaq üçün edilən bir neçə uğursuz cəhddən sonra qiymət 50 milyon dollara qədər endirilib.
Malikanəyə 12 vanna otağı, 100 yerlik ev kinoteatrı, 30 nəfərlik qonaq üçün yemək otağı və makiyaj, eləcə də saç düzümü üçün peşəkar zonası olan ayrıca otaq daxildir.
QAZİLER.AZ

