Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri vəzifəsinə təyin edib.
Qaziler.az xəbər verir ki, iclasın canlı yayımı parlamentin "YouTube" kanalında paylaşılıb.
Koretskinin Ukrayna hökumətinin rəhbəri təyin edilməsinin lehinə 289 deputat səs verib, 1 nəfər əleyhinə çıxıb, 7 nəfər isə bitərəf qalıb.
Sergey Koretski texniki və iqtisadi təhsilə malikdir. O, 2022-ci ildə "Ukrnafta"nın rəhbəri təyin edilib, 2025-ci ildə isə "Naftogaz" qrupunun idarə heyətinin sədri olub.
Qeyd edək ki, respublika prezidenti Volodimir Zelenski Sergey Koretskini Ukraynanın Baş naziri vəzifəsinə "ən hazırlıqlı" namizəd adlandırmışdı.
QAZİLER.AZ

