Malayziyaya hər hansı bir şəkildə daxil olmuş İsrail vətəndaşları dərhal deportasiya ediləcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə jurnalistlərə Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib.
"Biz araşdırma aparırıq... Biz buna icazə verməyəcəyik. Əgər belə şəxslər varsa, tədbirlər görülməlidir. Əgər söhbət İsrail vətəndaşlarından gedirsə, biz İsraili tanımadığımız üçün onlar dərhal deportasiya olunacaqlar", - deyə Baş nazir İsrail vətəndaşlarının ölkəyə üçüncü dövlətlərin pasportları ilə daxil olması ehtimalı barədə yayılan xəbərləri şərh edərkən bildirib.
Ənvər İbrahim qeyd edib ki, bütün müvafiq güc strukturları ortaya çıxan məlumatların yoxlanılmasını həyata keçirir.
O, həmçinin əlavə edib ki, səlahiyyətli qurumlar tərəfindən daha sonra əlavə izahatlar veriləcək.
QAZİLER.AZ

