Hindistan ABŞ və İranın qarşılıqlı zərbələrindən sonra dizel yanacağı və aviasiya kerosininin ixrac rüsumlarını artırıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ölkənin Maliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Dəqiqləşdirilir ki, iyulun ikinci yarısında dizel yanacağının xaricə tədarükü üzrə rüsum bir litr üçün 8,5 rupidən (təxminən 0,15 qəpik) 15,5 rupiyə (27 qəpiyə) qaldırılıb. Aviasiya yanacağının tarifi isə demək olar ki, iki dəfə artaraq bir litr üçün 7,5 rupidən (13 qəpik) 14,5 rupiyə (təxminən 26 qəpiyə) yüksəlib. Bununla yanaşı, benzinin ixrac rüsumu isə əksinə, bir litr üçün 4 rupidən 2,5 rupiyə qədər azalıb.
Nəşr izah edir ki, Dehli tariflərə hər iki həftədən bir, əvvəlki dövr üçün xam neft və neft məhsullarının dünya üzrə orta qiymətlərinə əsaslanaraq yenidən baxır.
Hindistan dünyanın dördüncü ən böyük neftayırma mərkəzidir. "Kpler" analitik şirkətinin məlumatına görə, 2026-cı ildə ölkə sutkada təxminən 1 milyon barel neft məhsulu ixrac edib ki, bu da bütün qlobal dəniz tədarükünün təxminən 6%-ni təşkil edir. Bu həcmin təxminən 40%-i dizel yanacağının, 26%-i benzinin, 9%-i isə aviasiya yanacağının payına düşüb.
QAZİLER.AZ

