ABŞ vitse-prezidenti Cey Di Vens İranla münaqişənin nəticəsinin nə olacağını dəqiq bilmədiyini etiraf edib.
Qaziler.az bildirir ki, siyasətçi bu barədə Co Roqanın podkastında qeyd etdi.
"Nəticənin nə olacağını dəqiq bilmirəm, amma düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Bu, sadəcə çox çətin bir proses olacaq, çoxlu fasilələr və yenidən başlamalar olacaq", - deyə vitse-prezident vurğuladı.
Bununla yanaşı, Vens İranla bağlı vəziyyətdə özü necə davranacağı barədə suala cavab verməkdən imtina edib. Siyasətçi ABŞ prezidenti Donald Trampın onun bu məsələyə “daha az həvəslə yanaşdığı” barədə dediklərini xatırladıb.
Vitse-prezidentin sözlərinə görə, onun əsas vəzifəsi Trampa “mümkün olan ən yaxşı məsləhəti verməkdir”.
QAZİLER.AZ

