Starmerin ehtimal olunan varisi Trampla açıq olacağına söz verdi

Starmerin ehtimal olunan varisi Trampla açıq olacağına söz verdi backend

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasından sonra bu vəzifəyə gələcəyi ehtimal olunan Endi Bernem ABŞ prezidenti Donald Trampla münasibətlərdə açıq mövqe sərgiləməyi planlaşdırdığını bildirib.

Qaziler.az bildirir ki, bu barədə o, iyulun 15-də açıqlama verib. Məlumatı "Bloomberg" yayıb.

Bernem qeyd edib ki, Trampla münasibətlərdə sabitliyi qorumaq üçün öz şəxsi yanaşmasına və ünsiyyət tərzinə güvənəcək.

“Burada söhbət tutulan vəzifəyə, eləcə də Böyük Britaniya ilə ABŞ arasındakı münasibətlərə hörmətdən gedir. Ancaq hansısa məsələdə razı deyilsinizsə, bunu demək lazımdır. Sadəcə, bunu elə formada etmək lazımdır ki, müəyyən mənada ona da qarşılıqlı anlayış göstərilsin”, – deyə Bernem bildirib.

QAZİLER.AZ