Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi yönündə kampaniyasına dəstək olaraq yeganə mənzilini satacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verib.
"Mənim artıq evim yoxdur", - deyə prezident Nazirlər Kabinetinin iclasında bildirib.
Mənbələrin məlumatına görə, ilkin müqavilə imzalanıb və saziş tezliklə bağlanacaq.
Fevral ayında Li Çje Myon paytaxtdan 20 kilometr cənubda yerləşən Sonnam şəhərinin dəbdəbəli ərazisindəki mənzilini satışa çıxarıb. Daha əvvəl siyasətçi daşınmaz əmlak bazarında spekulyasiyalar və sürətlə artan mənzil qiymətləri ilə mübarizə kampaniyası çərçivəsində vergi və maliyyə siyasətini yenidən nəzərdən keçirmək planlarını açıqlamışdı.

