Litva və Latviya prezidentləri Gitanas Nauseda və Edqars Rinkeviç iyulun 15-də NATO-nun çəkindirmə siyasəti çərçivəsində alyansın nüvə silahının öz ölkələrinin ərazisində yerləşdirilməsini mümkün hesab etdiklərini bildiriblər.
Latviya prezidenti Edqars Rinkeviç vurğulayıb ki, belə silahların ölkədə yerləşdirilməsi yalnız bu addım NATO-nun kollektiv maraqlarına uyğun olduğu və müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyi təqdirdə mümkündür.
“Bizim mövqeyimiz NATO-ya əsaslanır. Latviya NATO üzvüdür və nüvə çəkindirmə planı bizə də şamil olunur. Buna görə də, əgər belə silahın yerləşdirilməsi milli və kollektiv maraqlara cavab verərsə, bu qərar Latviyada müvafiq səlahiyyətli qurumlar tərəfindən qəbul ediləcək”, - onun sözlərini "Sputnik Litva" sitat gətirib.
Litva Prezidenti Gitanas Nauseda öz növbəsində ölkə ərazisində nüvə silahının mövcudluğunu qadağan edən müddəanın Konstitusiyadan çıxarılmasını təklif edib.
O, bu cür düzəlişlərə ehtiyacı regionda təhlükəsizlik səviyyəsinin dəyişməsi ilə izah etdi.
QAZİLER.AZ

