Politoloq Ursula fon der Lyayenin Kiyevə səfərinin məqsədini açıqlayıb

Politoloq Ursula fon der Lyayenin Kiyevə səfərinin məqsədini açıqlayıb backend

Rusiya Siyasi Təhlil Mərkəzinin direktoru Pavel Danilin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kiyevə səfərinin Avropa İttifaqının Ukrayna qarşısındakı maliyyə və enerji öhdəlikləri ilə bağlı vəziyyəti müzakirə etmək zərurətindən irəli gəldiyini bildirib.

Qaziler.az bildirir ki, o, iyulun 15-də aif.ru-ya verdiyi müsahibədə qeyd edib ki, Avropa Komissiyasının sədri ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçiriləcək danışıqların əsas mövzusu, gurultulu bəyanatlara baxmayaraq, hələ də ləngiyən büdcə dəstəyi olacaq.

“Düşünürəm ki, Ursula fon der Lyayen üçün əsas mövzu Avropa İttifaqının Ukraynaya vəd etdiyi büdcə vəsaitidir. Bu vəsait, görünür, razılaşdırılsa da, hələ də ayrılmır. Büdcədən yalnız cüzi məbləğlər ayrılır. Onlar 90 milyard vəd etmişdilər. Aydındır ki, ilin sonuna qədər mövcud vəziyyətdə Avropa İttifaqı Ukraynaya bu məbləği təqdim edə bilməyəcək”, - Danilin deyib.

QAZİLER.AZ