Qalmaqallı Siyarto siyasətdən getməyə qərar verdi

Qalmaqallı Siyarto siyasətdən getməyə qərar verdi backend

Macarıstanın keçmiş xarici işlər naziri artıq deputat mandatından imtina etmək üçün rəsmi ərizə verib.

Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto deputat mandatından imtina etmək qərarına gəlib. O, fəaliyyətini Çinin elektrik avtomobilləri istehsalçısı BYD şirkətində davam etdirəcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Peter Siyartonun Facebook hesabında yaydığı açıqlamaya istinadən xəbər verir.

Siyarto bildirib ki, deputat mandatından imtina etməsi ilə bağlı artıq rəsmi ərizə təqdim edib.

Keçmiş nazir qərarını dünya iqtisadiyyatının aparıcı şirkətlərindən birindən "son dərəcə şərəfli iş təklifi" alması ilə əsaslandırıb.

O qeyd edib ki, bu təklifi qəbul etməzdən əvvəl uzun müddət düşünüb və sonda yeni peşəkar fəaliyyətə başlamaq qərarına gəlib.

QAZİLER.AZ