Aleksandr Vuçiç də Kiyevdədir

Aleksandr Vuçiç də Kiyevdədir backend

Serbiya Prezidenti Aleksandr Vuçiç ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyev şəhərinə gəldiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, özünün "Instagram" səhifəsində paylaşım edib.

"Kiyevə çatmaq üçün bütün günü və gecəni Moldova və Mərkəzi Ukrayna vasitəsilə yol getmişəm", - deyə o, paylaşımda yazıb.

Vuçiç iyulun 15-də Kiyevdə keçiriləcək "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak edəcək.

Bir gün əvvəl Serbiya Prezidenti Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə səfər etmişdi. O, Yelisey sarayında Avropa İttifaqı, Şimali Atlantika Alyansı (NATO) ölkələri liderlərinin və Ukrayna üzrə "istəklilər koalisiyası"nın görüşündə iştirak edib.

QAZİLER.AZ