Kanadada dəhşətli anlar: Qatar meşə yanğınının içindən keçdi - VİDEO

Kanadada dəhşətli anlar: Qatar meşə yanğınının içindən keçdi -  VİDEO backend

Kanadada bir qatar meşə yanğını səbəbindən yaranmış alovun içindən keçib.

Qaziler.az xəbər verir ki, görüntülər "SHOT" “Telegram” kanalı tərəfindən yayılıb.

Jurnalistlərin məlumatına görə, qatar Ontarionun Armstrong yaşayış məntəqəsi yaxınlığında alovun mərkəzində qalıb.

"Maşinistlərə yalnız baş verənləri videoya çəkmək qalıb. Oxşar vəziyyətlə daha bir neçə qatar heyəti də qarşılaşıb. Onların hamısı dayanmaq məcburiyyətində olub", - deyə paylaşımda bildirilib.

Kanadanın Ontario əyalətində may ayının sonundan bəri güclü meşə yanğınları tüğyan edir. Səlahiyyətli qurumlar bir neçə yaşayış məntəqəsini təxliyə edib. Son günlərdə quru və küləkli hava şəraiti səbəbindən yanğının miqyası daha da böyüyüb.

QAZİLER.AZ